Dünyanın ən uzun dəmiryol körpüsü – FOTOLAR

11 Fevral 2016 19:32 (UTC+04:00)

Dünyanın ən uzun tağlı daş dəmiryol körpüsü ABŞ-ın Pensilvaniya ştatının Marisvil şəhərində yerləşən Rokvilledir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Pensilvaniya Dəmiryol Şirkəti tərəfindən 1902-ci ildə inşa edilən, ümumi uzunluğu 1,165 m olan bu körpü hər biri 35 metr uzunluğunda 48 bölmədən ibarətdir.

Körpü inşa edilərkən dünyanın ən uzun tağlı daş körpüsü olub. Hazırda da dünyada ən uzun tağlı daş körpü olaraq qalır.

Anar Tağıyev