BAXCP Avropa siyasətçilərini Bakıya gətirdi

11 Fevral 2016 20:29 (UTC+04:00)

Bu gün Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyəti Azərbaycana gəlib. Heyətə Alyansın prezidenti Yan Zahradil və Avropa Parlamentinin vitse-prezidenti Piçard Çarneçkinin rəhbərlik edir.


Publika.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qonağı kimi ölkəmizə səfər edən nümayəndə heyətinin üzvləri sabah Prezident Adminstrasiyasında, Milli Məclisdə və Xarici İşlər Nazirliyində görüşlər keçirəcəklər.


Qeyd edək ki, BAXCP ötən ildən etibarən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvüdür.

Asif