Jurnalisti ölümdən qurtaran idmançı – VİDEO

11 Fevral 2016 22:30 (UTC+04:00)

Beysbolçuların məşqində xoşagəlməz olayın qarşısını Evan Lonqorianın inanılmaz cəldliyi alıb.

Publika.az xəbər verir ki, məşqdən reportaj hazırlayan xanım müxbir Lonqorianın fikirlərini öyrəndiyi vaxt meydançanın digər hissəsindən topa zərbə vurulur. Havada “güllə” kimi uçan top düz telereportyorun üstünə gəlir. Ancaq bu an geriyə baxan beysbolçu inanılmaz cəldliklə topu tutur. “Mərmi” qızın başına dəysəydi, ciddi zədə ola bilərdi.

Həmin anı təqdim edirik: