“Hələbi biz deyil, ABŞ bombaladı” - İTTİHAM

12 Fevral 2016 01:32 (UTC+04:00)

“Fevralın 10-da Hələbi Rusiyanın deyil, ABŞ-ın döyüş təyyarələri bombalayıb”.

Publika.az TASS xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

Onun sözlərinə görə, ABŞ-ın A-10 tipli döyüş təyyarələri Hələbi bombalayaraq məsuliyyəti Rusiyanın üzərinə atır.

“ABŞ-a məxsus iki A-10 döyüş təyyarəsi Türkiyədən qalxaraq Hələbdə bəzi mövqeləri bombalayıb. ABŞ və Avropanın nüfuzlu telekanalları Hələbin keçmiş görüntülərini nümayiş edir və dağıntılara səbəb kimi Rusiyanın hava hücumlarını göstərirlər. Bütün ölümcül cinayətlər mövzusunda Rusiyanı ittiham etmək vərdiş halına gəlib”, - o, söyləyib.

İqor Konaşenkov Rusiya aviasiyasının 4-11 fevral tarixləri arasında 500 aviazərbə ilə 1900 terrorçunu öldürdüyünü bildirib.

Ömər Dağlı