Neft bahalaşdı

12 Fevral 2016 09:30 (UTC+04:00)

Əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,22 dollar artaraq 27,43 dollar təşkil edib.

Publika.az-ın məlumatına görə, “Brent” markalı neft də bahalaşıb. Bu neftin 1 barelinin dəyəri 1,20 dollar artaraq 35,25 dollar olub.

Azərbaycan nefti isə təxminən 1 dollar ucuzlaşıb. “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,02 dollar ya 3,24% düşərək 30,43 dollar təşkil edib.

Qızıl da xeyli ucuzlaşıb. Qiymətli metalın unsiyası 14,50 dollar azalaraq 1233,30 dollardan satılıb.

İqtisadiyyat şöbəsi