Dollar, avro və rubl bahalaşdı - MƏZƏNNƏ

12 Fevral 2016 09:56 (UTC+04:00)

Mərkəzi Bank (MB) bu günə olan məzənnələr bülletenindən görünür ki, dolların rəsmi məzənnəsi fevralın 11-i ilə müqayisədə bir qədər artaraq 1,5745 AZN olub.

Publika.az-ın hesablamasına görə, bu o deməkdir ki, dollar 0,55% və ya 0,0086 manat bahalaşıb.

Avro da manata nisbətdə bir qədər möhkəmlənib. Avrozonanın vahid valyutası 0,59% bahalaşaraq 1,7789 manat olub.

Rusiya rublu da manata nisbətdə dəyər qazanıb. Rubl 1,52% bahalaşaraq 0,0201 manata qalxıb.

İqtisadiyyat şöbəsi