Rusiya: “Bu, hərbi müdaxilədir”

12 Fevral 2016 11:11 (UTC+04:00)

“BMT Təhlükəsizlik Şurasının və Dəməşq hökumətinin icazəsi olmadan Suriya torpaqlarına hərbçi göndərilməsinə imkan verilməyəcək”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Oleq Sıromolotov bəyan edib.

Nazir müavini bildirib ki, əgər Suriya torpaqlarına koalisiya güclərinə məxsus hərbçilər göndərilərsə, bu, hərbi müdaxilə kimi başa düşüləcək: “Biz İŞİD-ə qarşı koalisiyanın yaradılmasını və Suriya-Türkiyə sərhədinin qorunması üçün Suriya ərazisində 45 kilometrlik “təhlükəsiz zona” yaradılmasını normal qəbul etmirik. Bu, Suriya torpaqlarına hərbi müdaxilə deməkdir”.

Vasif Həsənli