Qadın voleybolçulardan ibarət Azərbaycanın "Azəryol" klubu CEV Kubokunun "Çelenc raundu"nda ilk oyununu keçirib.
Publika.az xəbər verir ki, Voleybol Mərkəzində keçirilmiş qarşılaşmada komandamız İtaliya "Novara"sına qalib gəlib - 3:1.
Təkrar qarşılaşmada istənilən hesablı qələbədən əlavə, 2:3 hesablı məğlubiyyət də "Azəryol"u qane edir. Azərbaycan təmsilçisi 0:3 və ya 1:3 hesabı ilə uduzacağı təqdirdə isə qalib "qızıl set"də müəyyənləşəcək.
Cütün qalibi yarımfinalda "Dinamo" (Kazan, Rusiya) - "Ştutqart" (Almaniya) duelinin qalibi ilə görüşəcək.
CEV kuboku, "Çelenc raund"
11 fevral
Azəryol (Azərbaycan) – Novara (İtaliya) - 3:1 (25:19, 25:17, 23:25, 25:17)
Bakı. Voleybol Mərkəzi