İstanbulda beşmərtəbəli bina çökdü – SON DƏQİQƏ/VİDEO (YENİLƏNİB)

12 Fevral 2016 17:27 (UTC+04:00)

İstanbulun Beyoğlu İstiqlal prospektinin yaxınlığında yerləşən Zanbaq küçəsində beşmərtəbəli iki bina çöküb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, binaların altında qalanlar var.

Binaların boş olduğu, ancaq birinci mərtəbələrdə mağazaların olduğu xəbər verilir.

***

Son məlumatlara görə, hadisə nəticəsində ölən və yaralananlar yoxdur. İstanbul valisi Vasip Şahin dağıntıların altında kimsənin olmadığını deyib.

Hadisə şahidlərindən birinin sözlərinə görə, binadan səslər gəldiyi üçün oradakı insanlardan binanı tərk etməsini istəyiblər. O, binanın boşaldılmasından sonra çökdüyünü bildirib.