“Dağlıq Qarabağda müharibənin başlaması realdır”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın
Ermənistandakı səfiri Riçard Mills “facebook” səhifəsində
yazıb.
Onun sözlərinə görə, hərbi əməliyyatların genişlənməsi adi səhvlər
nəticəsində mümkündür: “ABŞ hökuməti təmas xəttində artan
gərginliyə, eləcə də hərbi ritorikaya görə narahatdır. Mən
tərəflərin adi səhvlərinə görə hərbi əməliyyatların genişlənməsinin
real olduğunu düşünürəm. ATƏT Minsk qrupunun həmsədrləri təmas
xəttində gərginliyin azaldılması və vəziyyətə nəzarət
mexanizmlərinin yaradılması üçün tədbirlər görməlidir”.
Diplomat hesab edir ki, sülh danışıqları ilə münaqişənin
uzunmüddətli həllinə nail olmaq mümkündür.
Asif