“Tərəflərin ən mühüm addımı Dağlıq Qarabağ münaqişəsi
zonasında vəziyyətin gərginləşməsinin qarşısını almaqdır”.
Publika.az xəbər verir ki, bu barədə NATO baş katibi Jens
Stoltenberg Alyansın Brüsseldə yerləşən mənzil-qərargahında
jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, münaqişə zonasında gərginliyin azalması
Alyansın da xeyrinədir: “Qarabağ münaqişəsi zonasında vəziyyətə
tərəflərin iradəsi və təmkini sayəsində nəzarət etmək
mümkündür”.
Bu günlərdə ABŞ milli kəşfiyyatının baş direktoru Ceyms Klapperin
“2016-cı ildə Dağlıq Qarabağda gərginlik artacaq” sözlərini şərh
edən baş katib bu barədə konkret danışmayıb.
“Əlbəttə biz Dağlıq Qarabağda prosesləri izləyirik. Azərbaycan və
Ermənistan NATO-nun tərəfdaşıdır və biz hər iki ölkə ilə
əməkdaşlığı yüksək qiymətləndiririk”, - deyə o bildirib.
J. Stoltenberg həmçinin, münaqişə zonasında itkilərin qarşısının
necə alınması ilə bağlı suala cavab verməkdən də yayınıb.
Asif