Xaçmaz sakini həyatına qəsd edib.
ANS-in bölgə müxbirinin verdiyi məlumata görə,
hadisə Xaçmazın Maqsudkənd yaşayış məntəqəsində qeydə alınıb.
48 yaşlı kənd sakini Şahid Seyid oğlu Şahbazov ov tüfəngi ilə özünü
güllələyib. Ailə üzvləri bu barədə dərhal Xaçmazın hüquq-mühafizə
organlarına məlumat veriblər.
Mərhumun meyidi tibbi ekspertiza olunmaq üçün Məhkəmə Tibbi
Ekspertizası və Pataloju Anatomiya birliyinin Xaçmaz şöbəsinə
aparlıb.
Xaçmaz prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Ailəli
olan Cahid Şahbazoun hansı səbəbdən özünü güllələməsi ilə bağlı heç
bir versiya səslənmir.