Aygün Kazımovanın makiyajsız yeni FOTOLARI

13 Fevral 2016 14:30 (UTC+04:00)

Xalq artisti Aygün Kazımovanın dostları ilə yeni fotoları yayılıb.

Publika.az xəbər verir ki, doğum günü tədbirində bir araya gəldikləri deyilən dostlar istirahət məkanlarından birində görüntülənib. Sosial şəbəkədə müğənninin özünün paylaşdığı həmin fotolarda Kazımovanın makiyajsız olması diqqət çəkib.

Müzakirələrə səbəb olan fotolarla bağlı müxtəlif rəylər yazılıb. Əksəriyyət Kazımovanın makiyajsız daha gənc göründüyünü vurğulayıb.

Qeyd edək ki, bu, Aygünün sosial şəbəkədə yayılan ilk fotoları deyil.

İsa Şükürov