Hesab açılmadı

13 Fevral 2016 22:37 (UTC+04:00)

Fevralın 13-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

Üç gün ərzində keçiriləcək turun ilk görüşü AZAL komandası ilə “İnter” arasında oynanılıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qapılara qol vurulmayıb - 0:0.

Ötən tur “Qəbələ”yə məğlub olaraq beşınci pilləyə geriləyən “İnter” səfər qarşılaşmasından yalnız bir xalla kifayətlənməli olub.

Beləliklə, turnir cədvəlində 31 xalla beşinci yerdə qərarlaşan “İnter”in mövqeyi dəyişməz qalıb. Xalını 26-ya çatdıran AZAL klubu da yeddinci pillədəki yerini bərkidib.