Bu yolda 50 maşın toqquşdu: ölənlər var - FOTOLAR

14 Fevral 2016 16:45 (UTC+04:00)

ABŞ-ın Pensilvaniya ştatında irimiqyaslı yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xarici mətbuata istinadən bildirir ki, Frederiksburq şəhəri yaxınlığında fırtınalı havanın səbəb olduğu qəzada 50 avtomobil toqquşub.

Yolda hərəkəti iflic edən qəzada ölənlər və yaralanalar var. Rəsmilər bunu təsdiqləsələr də, onların dəqiq sayının məlum olmadığını deyiblər.

Bəzi məlumatlara görə, 3 nəfər ölüb, 40 nəfər hospitalizasiya edilib, 70 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, 3 nəfərin isə vəziyyəti kritikdir.

Qeyd edək ki, ABŞ Milli Hidrometeorologiya Xidməti fırtına barədə xəbərdarlıq edibmiş. Məlumata görə, qəza baş verən ərazidə küləyin sürəti saatda 48 km çatıb.