Ukrayna TIR-larının ölkəyə girişinə qadağa qoyuldu

15 Fevral 2016 08:54 (UTC+04:00)

Rusiyanın nəqliyyat nazirliyi Ukrayna qeydiyyatı olan yük maşınlarının ölkə ərazisində hərəkətini qadağan edib.

Nazirlik bunun Ukraynadakı “Avtomaydan” hərəkatı fəallarının hərəkətinə cavab olduğunu deyir. Hərəkatın fəalları fevralın 11-dən Rusiyaya məxsus yük maşınlarının Ukrayna ərazisində hərkətini əngəlləyir.

Onlar Rusiya ilə ticarət əlaqələrinin dayandırılmasını tələb edirlər.

Ukrayna KİV-lərinin məlumatına görə, Ukraynanın qərbindəki bütün sərhəd-buraxılış məntəqələrində Rusiya qeydiyyatlı maşınların hərəkəti dayandırılıb.

Rusiya nəqliyyat nazirliyinin məlumatına görə, Ukraynanın müxtəlif vilayətlərində hazırda 100-dən çox yük maşını ilişib qalıb.

Bundan başqa Avropa Birliyi ölkələrindən gələn 500-dək yük maşını Ukrayna sərhədini keçə bilmir.