11 min dinc sakin öldürülüb

15 Fevral 2016 03:45 (UTC+04:00)

2015-ci ildə Əfqanıstanda 11 mindən çox mülki sakin öldürülüb və ya yaralanıb. 2009-cu ildən Əfqanıstanla bağlı aparılan bu statsitika 2015-ci il üçün daha ağır olub.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT-nin fevralın 14-də açıqladığı hesabatda deyilir. Hesabata əsasən, sıravi sakinlər arasında ölüm halları 2014-cü illə müqayisədə 4 faizdən çox artıb.

Onların 25 faizi uşaq, 10 faizi isə qadındır.

Hesabatda deyilir ki, buna əsas səbəb əhalinin yaşadığı ərazilərdə gedən döyüş və terror aktlarıdır.