Neft ucuzlaşdı

15 Fevral 2016 09:20 (UTC+04:00)

Əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar azalaraq 29,05 dollar təşkil edib.

Publika.az-ın məlumatına görə, “Brent” markalı neft də ucuzlaşıb. Bu neftin 1 barelinin dəyəri 0,40 dollar azalaraq 32,95 dollar olub.

İqtisadiyyat şöbəsi