Mədət Quliyevdən yeni rəis təyinatı

15 Fevral 2016 11:27 (UTC+04:00)

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev qurumun Əməliyyat-Texniki İdarəsinə yeni rəis təyinatı ilə bağlı əmr imzalayıb.

AzNews.az-ın məlumatına görə bu vəzifəyə polkovnik İlqar Musayev gətirilib.

İ. Musayev bu təyinata qədər Xüsusi Dövlət Mühafizə Xidmətində şöbə rəisi müavini vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat-Texniki İdarəsinin rəisi general-mayor Natəvan Mirvətova olub.