Sevil və Sevinc bacıları efirə qayıtdı

15 Fevral 2016 11:45 (UTC+04:00)

“Xəzər” telekanalında səhər verilişinin aparıcıları Sevinc və Sevil bacıları efirə qayıdıb.

Publika.az xəbər verir ki, müğənnilərin ataları dünyasını dəyişəndən bəri, onlar aparıcısı olduqları verilişə çıxmırdılar. Həmin müddət ərzində "Hər şey daxil" verilişini Cavid Gül aparırdı.

Bu gün isə bacılar verilişə Cavid Güllə birlikdə qatılıb. Onlar göstərdiyi dəstəyə görə Cavidə təşəkkür ediblər:

“Bəlkə, bunu hər aparıcı etməzdi. Çox sağ ol ki, bizi əvəz etdin. Bu dəstəyini unutmayacağıq”.

İsa Şükürov