Bakıda şirkətdə şok oğurluq

15 Fevral 2016 11:59 (UTC+04:00)

Bakının Binəqədi rayonunda yerləşən “Caspian Standart CO” şirkətindən oğurluq edilib.

“Report”un xəbərinə görə, naməlum şəxs şirkətdəki seyfdən 75 min manat və 6 500 ABŞ dolları oğurlayıb.

Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq edən şəxs – Xəlil Xıdırov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.