Müğənni Natəvan Həbibi xalq artisti Flora Kərimovanın onun barəsində söylədiyi fikirlərə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, sənətçi “ATV maqazin
onlarla” verilişində xalq artisti ilə aralarındakı soyuq
münasibətdən danışıb:
“Əgər soyuqluq hiss edirsə, demək, onu çatdırmağı bacarıram. Məndə ikiüzlülük yoxdur. Nəyəmsə, oyam. Yalandan “Sizi çox istəyirəm” deyə bilmərəm, ola bilməz”.
Qeyd edək ki, Flora Kərimova Həbibi haqqında bunları deyib:
“İçimdə nəsə ona istilik göstərməyimə mane olur. Aramızda böyük bir aysberq var. Natəvandan insan kimi üşüyürəm. Onda istiqanlılıq yoxdur”.
Cəvahir