Yeni nazir idarə rəisini işdən çıxardı

15 Fevral 2016 13:11 (UTC+04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir kadr dəyişikliyi baş verib.

APA-nın verdiyi məlumata görə, qurumun Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov işdən çıxarılıb.

Ə. Məmmədovun adının çəkilməsini istəməyən köməkçisi "APA-Economics"ə bildirib ki, məsələ ilə bağlı şərh vermək səlahiyyəti idarənin baş mühəndisi İlham Əfəndiyevə ötürülüb.

İ. Əfəndiyev isə bildirib ki, məsələ ilə bağlı şərh vermək səlahiyyətində deyil.