İngiltərənin ən səliqəli müdafiəçisi

15 Fevral 2016 14:52 (UTC+04:00)

“Tottenhem”in müdafiəçisi Tobi Aldervereld İngiltərə Premyer Liqasında ən səliqəli müdafiəçi hesab oluna bilər.

Publika.az xəbər verir ki, belçikalı futbolçu “Dumanlı Albion”da 26 tur ərzində cəmi 7 dəfə qayda pozuntusuna yol verib və 2 dəfə sarı vərəqəylə cəzalandırılıb. Orta hesabla o, cari mövsümdə hər 334 dəqiqədən bir qaydanı pozur.

Ötən mövsüm “Sautqempton”da oynayarkən Tobi 3 dəfə “xəbərdarlıq” almışdı.

Aldervereldin aktivində cari mövsümdə 2 qol və 3 məhsuldar ötürmə var. Onun şərəfini qoruduğu “Tottenhem” son turda səfərdə “Mançester Siti”ni məğlub edərək turnir cədvəlində 2-ci pilləyə yüksəlib. İndi onları lider “Lester”dən 2 xal ayırır.