Rusiya bu dəfə uşaqları vurdu

15 Fevral 2016 22:46 (UTC+04:00)

Rusiya döyüş təyyarəsi bu dəfə Suriyanın Azez bölgəsindəki uşaq bağçasını və qadın xəstəxanasını vurub. Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu bildirilib.

Publika.az xəbər verir ki, Rusiya döyüş təyyarəsi 7 kilometr məsafədə olan Azez bölgəsinə havadan hücum edib.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları ilə yanaşı, yanğınsöndürənlər və xilasedicilər də gəlib.

Ilkin məlumatda 6 uşaq və bir qadının Kilis Dövlət xəstəxanasına gətirildiyi bildirilib.