BBC “Əli və Nino” haqqında - FOTO

15 Fevral 2016 21:58 (UTC+04:00)

“Əli və Nino” filminin rejissoru, “BAFTA” mükafatı sahibi Asif Kapadia BBC telekanalına bu filmin çəkilişləri barədə məlumat verib.

Publika.az xəbər verir ki, Heydər Əliyev Fondundan bildirilib ki, BBC-i telekanalı filmdən hissələr və onun yaradılması prosesini təqdim edib.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

“Əli və Nino” filminin nümayişi ABŞ-ın “Sundance” beynəlxalq film festivalı çərçivəsində “Premyera” kateqoriyasında keçirilib.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak edib.

Cəvahir