Bu rayonda qaz olmayacaq

15 Fevral 2016 20:56 (UTC+04:00)

Bakının Xətai rayonu, N.Rəfiyev küçəsində yerləşən qaz xəttinin yerinin dəyişdirilərək təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar təbii qazın verilişində fasilələr yaranacaq.

Axar.az “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 16-da saat 09:30-dan işlər yekunlaşanadək Xətai rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.