İŞİD kürdləri xardal qazı ilə boğdu

16 Fevral 2016 02:34 (UTC+04:00)

İŞİD ötən il Şimali İraq Kürd Regional Rəhbərliyinin mərkəzi Ərbil şəhərində peşmərgə qüvvələrinə qarşı xardal qazından istifadə edib.

Axar.az xəbər verir ki, bu barədə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) məlumat yayıb.

Məlumata görə, ötən il 35 kürd döyüşçünün müayinəsi zamanı bu nəticəyə gəlinib.

Qeyd edək ki, sözügedən təşkilatın hazırladığı hesabata görə, İŞİD terror təşkilatının Suriyada gizli kimyəvi silah anbarlarının olduğu ehtimal edilir.