Son 24 saatda 52 terrorçu öldürüldü

16 Fevral 2016 05:07 (UTC+04:00)

Əfqanıstanda son 24 saat ərzində həyata keçirilən əməliyyatlar nəticəsində 54 terrorçu öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin açıqlamasında deyilib.

Məlumata görə, öldürülən terrorçulardan 42-si İŞİD, 12-si isə Taliban üzvü olub:

“Nangarhar vilayətinin Acir bölgəsində “Şahin 18” adı altında təşkil edilən əməliyyatlarda 42-i İŞİD üzvü öldürülüb. Ölkənin fərqli bölgələrində isə Talibanın 12-i üzvü zərərsizləşdirilib. O cümlədən, terrorçulara aid xeyli silah-sursat ələ keçirilib”.