Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 127 dəfə pozub.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən
Publika.az-a verilən məlumata görə, Ermənistanın
İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərimiz atəşə tutulub.
Bundan başqa, Ermənistanın işğalı altında olan Goranboy
rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çaylı,
Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Cəvahirli, Kəngərli,
Sarıcalı, Şuraabad, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli
rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli,
Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl,
Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 127 dəfə atəş zərbəsi endirib.