Bu yollarda tıxac var

16 Fevral 2016 10:06 (UTC+04:00)

Paytaxtın bir sıra küçə və prospektlərində tıxac yaranıb.

Publika.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Azadlıq prospektində, Cəfər Cabbarlı, Rüstəm Rüstəmov və Xudu Məmmədov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bununla yanaşı, İlqar Musayev küçəsi, Heydər Əliyev prospekti (Koroğlu metrostansiyası istiqamətində), Davud Aslan və Ceyhun Səlimov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Anar Tağıyev