Bunun bir adı var: VƏHŞİLİK - VİDEO/FOTO

16 Fevral 2016 13:22 (UTC+04:00)

Fələstinin Qərbi Şəriə bölgəsində, İordan çayının sahilindəki Hevron şəhərində İsrail zabiti əlil arabasında olan fələstinlini vuraraq yerə yıxıb.

53 yaşlı əlil fələstinli Məcid əl Fəxuri israilli əsgərlərin 14 yaşlı fələstinli qızı döymələrinə mane olmağa çalışırdı.

"Onlar qızı yerə yıxıb vururdular. Buna dözə bilmədim, axı uşaq günahsızdı. İsrailli zabit qışqırırdı ki, guya bu qız onları öldürmək istəyib, hücum çəkib.

Gülməlidir - 14 yaşlı çəlimsiz, cılız qız təpədən-dırnağadək silahlanmış 10 hərbçini necə öldürə bilər axı?! Onlara mane olmağa çalışanda israilli zabit məni itələyərək yerə yıxdı. Əliləm, ayağa dura bilmirəm. Gənclər harayıma çatmasaydılar, məni də şil-küt edəcəkdilər", - Əl Fəxuri deyib.

Onun sözlərinə görə, sol ayağını 10 il əvvəl, avtomobil qəzasında itirib: "Qızı o qədər vurmuşdular ki, al qan içindəydi. Uşağa yardım etmək istədim. Lakin zabit məni saxladı, "Rədd ol!" bağırdı. Sonra da yıxdı. Başım asfalta dəydi".

İsrailli hərbçilərin döydükləri 14 yaşlı Yasmin Rəşad əl Zuri ağır vəziyyətdə xəstəxanaya aparılıb. Onun durumu kritikdir. (milli.az)