AFFA “Neftçi” və “Rəvan”ı cəzalandırdı

16 Fevral 2016 15:39 (UTC+04:00)

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Bakının "Neftçi" və "Rəvan" klubları cəzalanıb.

Azərbaycan Premyer Liqasının 21-ci turunun "Xəzər Lənkəran"la Bakıda keçirilmiş oyununda "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Nəticədə paytaxt klubu 1000 manat cərimə olunub.

"Zirə" ilə qarşılaşmanın 85-ci dəqiqəsində "Rəvan"ın futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə 200 manat cərimələnib.