Bu il “Eurovision”da görünməmiş işıq şousu olacaq – VİDEO/FOTO

16 Fevral 2016 20:58 (UTC+04:00)

Bu il İsveçdə unikal şəhnə şousu göstəriləcək.

Publika.az xəbər verir ki,“Eurovision”un təşkilatçıları belə bir xəbər yayıb. Yarışın səhnə tərtibatçılarının açıqladığına görə, səhnədə işıq effektləri və illüziyaya geniş yer veriləcək. Həmin effektlə tamaşaçı sərhədsiz səhnə görüntüsü görəcək.

Səhnə dizaynı üzərində “Eurovision” təcrübəsi olan Frida Arvidsson və Viktor Brattstrem çalışacaq.

“Elə səhnə yaradacağıq ki, tamaşaçı baxanda deyəcək: “yəni bu mümkündür?” Biz optik illüziyadan istifadə edəcəyik”.

Eyni zamanda səhnə LED-ekranlardan ibarət olacaq.

İsa Şükürov