İŞİD türk hərbi düşərgəsinə hücum etdi - 18 ölü – VİDEO

17 Fevral 2016 07:11 (UTC+04:00)

İŞİD terror qruplaşması İraqın Mosul vilayətinin Başika qəsəbəsində yerləşən Türkiyəyə məxsus hərbi düşərgəyə hücum edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD döyüşçüləri düşərgədə olan peşmərgə gücləri türk əsgərləri tərəfindən darmadağın edilib.

Baş verən qarşıdurmada 18 İŞİD üzvü öldürülüb. Terror qruplaşmasının bomba yüklü 3 avtomobili məhv edilib.

Peşmərgə və türk əsgərləri arasında ölən və yaralananın olmadığı bildirilir.