Nanə xəstəxanalıq oldu – FOTO

17 Fevral 2016 10:45 (UTC+04:00)

Teleməkanın ən məşhur xanım aparıcılarından olan Nanə Ağamalıyeva xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, aparıcı allergiyadan əziyyət çəkir. Bu səbəbdən o, həkim nəzarətinə götürülüb. Açıqlamasında Ağamalıyeva artıq allergiyaya öyrəşdiyini bildirib:

“Allergiya məndən əl çəkmir. Öyrəşmişəm artıq uşaqlıqdan. Allergiya olanlar bilir, bu nə deməkdir”.

İsa Şükürov