“Gümrüdəki Rusiya bazası Ermənistanın suverenliyinə
təhdiddir”.
Publika.az xəbər verir ki, bu barədə erməni ekspert Manvel
Sarkisyan deyib.
Onun sözlərinə görə, bu gün Rusiya-Türkiyə münasibətlərinin
kəskinləşməsi Gümrüdəki hərbi bazanın Ermənistan üçün təhlükə
mənbəyinə çevirib: “Rusiya-Türkiyə arasında başlaya biləcək hansısa
hərbi qarşıdurmadan ilk zərəri Ermənistan görəcək. Çünki Rusiya
Qafqaz regionunda öz maraqlarına təhlükə görərsə, ilk olaraq bu
hərbi bazadakı qüvvələrini hərəkətə keçirəcək. Bu da Ermənistanın
hədəfdə olması deməkdir”.
Erməni politoloq qeyd edib ki, əgər Ermənistan müstəqil ölkə
olsaydı, rus-türk qarşıdurmasında müstəqil mövqe nümayiş etdirərdi:
“Amma İrəvan hökuməti Moskvanın dediyi ilə oturub-durur”.
Asif