“WikiLeaks” AB-nin gizli planını ifşa etdi – ŞOK SƏNƏDLƏR

18 Fevral 2016 03:37 (UTC+04:00)

Qalmaqallı "WikiLeaks" saytı Avropa Birliyinin (AB) miqrantlarla bağlı gizli planını ifşa edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “WikiLeaks”ın “Sophia əməliyyatı” adı ilə dərc etdiyi gizli sənədlərdə AB-nin miqrantlara qarşı hərbi əməliyyatlar həyata keçirməsi əksini tapıb.

Sənədlərə görə, Liviyadan İtaliyaya miqrantları daşıyan gəmilərə qarşı hərbi əməliyyatlar həyata keçirmək mümkün olacaq. Gizli sənədlər İtaliya Hərbi Dəniz Qüvvələrinin admiralı Enriko Kredendino tərəfindən qələmə alınıb.

Miqrantların axını ilə bağlı rəqəmlərin yer aldığı sənədlərdə AB-nin əməliyyat gücünün Aralıq dənizində həyata keçirəcəyi hərbi əməliyyatın mərhələləri göstərilib.

Ömər Dağlı