İtburnu ilə spirt həliminin faydası

16 Dekabr 2016 03:00 (UTC+04:00)

İtburnu yüz illərdir ki, müalicə məqsədilə istifadə olunur. Bu bitkinin adına Tibet təbabətində və Bibliya əlyazmalarında da rast gəlinir. Bitkinin vətəni Asiya hesab olunur. İndi isə itburnu bir çox ölkələrdə geniş yayılıb.

Bitki iti tikanlarla örtülmüş çoxillik yabanı kol şəklindədir. May-iyun aylarında çiçəkləyən itburnunun meyvəsi qırmızı-çəhrayı rəngdədir. Kolların müalicəvi xassələri sayəsində ondan müxtəlif xəstəliklərin müalicəsi üçün xalq təbabətində geniş istifadə edilir.

Bu bitkidə o qədər faydalı maddələr var ki, bir apteki belə əvəz edə bilər.

Publika.az bu yazıda itburnunun faydalarından bəhs edib.

Giləmeyvə sidikqovucu və yaxşı ödqovucu təsirə malikdir, həmçinin, mədə fəaliyyətini tənzimləməyə kömək edir, immuniteti artırır. Tərkibində itburnu olan preparatlar avitaminoz zamanı qan azlığında istifadə olunur.

İtburnu dəmləməsindən müntəzəm istifadə etmək iş qabiliyyətini artırır, hər cür infeksiyalara və soyuqdəymə xəstəliklərinə qarşı orqanizmin müqavimətini artırır. Öz faydalı və müalicəvi xassələrinə görə, itburnu xalq təbabətində geniş istifadə olunur. İtburnunun əks təsirləri yoxdur, ondan uzun müddət istifadə etmək olar. İtburnu cövhəri arterial təzyiqi normallaşdırmağa da yardım edəcək.

Lazım olanlar:

100 qram itburnu

0,5 litr araq

Hazırlanması:

İtburnunun üstünə araq töküb qaranlıq yerdə saxlayın. Bu cövhəri gündə 3 dəfə yeməkdən əvvəl 20 damcı qəbul etmək lazımdır.

İtburnu həlimi

Orta qulağın soyuqdəyməsi zamanı kömək edəcək. İtburnu dəmləməsinə kök şirəsi əlavə edib qaynatmaq lazımdır. Bu həlimi qulağa damızdırın. Orta qulağın iltihabı zamanı yardımçı olacaq.

İtburnu çayı

1 xörək qaşığı (20 qram) itburnunu çaydana töküb (termosda da dәmlәmәk olar) üstünә iki stәkan qaynar su әlavә edərək, 15 dәqiqə dәmlәyin və 1 saat saxlayın. Bu çayı gündә iki dәfә stәkana süzüb yemәkdәn əvvəl için. Yoluxucu xәstәliklәrdә, orqanizm zәiflәyәrkən və qan azlığında itburnu dәmlәyin. Yemәkdәn əvvəl vә ya sonra gündә 3 dәfә yarım stәkan için.

Meningitdә (beyin qişalarının iltihabında) 1 xörək qaşığı xırdalanmış itburnu meyvәsinin üstünә 1 stәkan qaynar su töküb 10 dәqiqə qaynadın. Bir sutka dәmlәyib süzün. Gündә 2­3 dәfә içinə bir qәdәr bal qatıb için.

Böyrәklәrin iltihabında

2 xörək qaşığı xırdalanmış itburnu meyvәsi vә 6 xörək qaşığı quru qarğıdalı saçağını götürüb 2 stәkan qaynar suya tökərək gecәdәn dәmlәyin. Sәhәr süzüb yemәkdәn 1 saat əvvəl gündә 3 dәfә yarım stәkan yavaş­yavaş, qurtum­qurtum için. Müalicәni 3­4 ay fasilәsiz davam etdirin.

Hәddәn artıq yorğunluq zamanı itburnu hәlimi orqanizmin bәrpasına çox yardımçı olur. Piylәnmә problemindən əziyyət çəkirsinizsə, 20 qram itburnu meyvәsinin üstünә 1 stәkan su töküb 10 dәqiqə qaynadın. Termosda 1 sutka dәmlәyib yemәkdәn 30 dәqiqə əvvəl gündә iki dәfә için.

İtburnunun öz müalicəvi xassələrini itirməməsi üçün onları düzgün toplamaq lazımdır. Giləmeyvəni şaxtalar düşənə qədər yığmaq lazımdır, çünki hətta kiçik şaxta bitkinin bütün müalicəvi xassələrinin itməsinə səbəb ola bilər. Düzgün tədarük edilmiş xammal qırmızı rəngini saxlayır.

Aytən