Təhsil İdarəsindən orta məktəbdəki dava ilə bağlı AÇIQLAMA (YENİLƏNİB)

18 Fevral 2016 13:28 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 280 saylı məktəbdə baş vermiş hadisə ilə bağlı araşdırma aparır.

İdarədən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib ki, 280 saylı məktəbin 3 nəfər şagirdi dalaşıb. Faktla bağlı hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsində və hüquq mühafizə orqanlarında araşdırma gedir. Səbəblər barədə araşdırma bitdikdən sonra məlumat veriləcək.

***

Bakıda orta məktəblərdən birində kütləvi dava hadisəsi qeydə alınıb.

“Report”un xəbərinə görə, Suraxanı rayonunun Hövsan qəsəbəsində 280 saylı orta məktəbdə 11-ci sinif şagirdləri arasında baş verən dava nəticəsində şagird Azər Əliyev xəsarət alıb. A.Əliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Əliyev də 11-ci sinif şagirdidir.