Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ankarada törədilən terror aktını pisləyən bəyanat yayıb.
Publika.az xəbər verir ki, N. Məmmədov “Twitter”
səhifəsində yazıb ki, terror aktlarının beynəlxalq aləmdəki
gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur: “Düşünürəm ki,
dövlətlərarası gərginlik azalarsa, terror aktlarının azalması da
müşahidə olunar”.
PA rəsmisi terror aktı ilə bağlı Türkiyə xalqına başsağlığı
verib.
“Ankarada terror hadisəsi nəticəsində həyatını itirən insanlara
Allah rəhmət eləsin, yaxınlarına səbir, dözüm versin!” - deyə N.
Məmmədov qeyd edib.
Asif