Bakıda özünü asan məmurla bağlı açıqlama

28 Mart 2014 17:17 (UTC+04:00)

Nizami rayonunda intihar hadisəsi baş verib.“Axar.az” “vesti.az”a istinadən xəbər verir ki, rayonun Qafqaz küçəsində əslən Naxçıvandan olan, 3 uşaq atası Zeynalov Aslan Valeh oğlu özünü asıb.

Yaxınları onun cəsədini yaşadığı evin zirzəmisindən tapıblar.A.Zeynalov Nizami Rayon İcra Hakimiyyətində küçə-yol şəbəkəsinin təmizlənməsi şöbəsinin müdiri olub.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən “Axar.az”a verilən məlumatda bildirilib ki, onlarda nə küçə-yol şəbəkəsinin təmizlənməsi şöbəsi var, nə də belə bir adam işləyir.