Dollar sabah da ucuzlaşacaq - MƏZƏNNƏ

18 Fevral 2016 17:23 (UTC+04:00)

Mərkəzi Bank (MB) manatın dollara nisbətdə sabaha olan məzənnəsini açıqlayıb.

Bankdan Publika.az-a daxil olan məlumata görə, 19.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5635 səviyyəsində müəyyən olunub. Bu isə o deməkdir ki, dollar sabah 0,0009 AZN daha ucuz satılacaq.

Qeyd edək ki, dollar bu gün 1,5644 manat olub.

İqtisadiyyat şöbəsi