ŞOK: Terrorçunun adına hava limanı

18 Fevral 2016 20:29 (UTC+04:00)

Türkiyənin beş gündür top atəşinə tutduğu YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi qanadı) ələ keçirdiyi Minniğ hərbi aerodromun adını dəyişdirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hərbi aerodromun yeni adı “Serok Apo”dur (Öndər Apo – Abdulah Öcalan – red.).

PKK terror təşkilatının lideri olan Abdullah Öcalan hazırda İmralı adasında həbsdədir.

Qeyd edək ki, YPG Hələbin şimalında müxalifət güclərinin qərargah kimi istifadə etdiyi Minniğ hərbi aerodromu fevralın 10-da ələ keçirib. Aerodrom Türkiyə ilə sərhəd ərazilərə nəzarət baxımından strateji əhəmiyyət daşıyır.

Ömər Dağlı