Elmar Məmmədyarov Gürcüstana gedib

18 Fevral 2016 18:56 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, E.Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 19 fevral 2016-cı il tarixində Tbilisi şəhərində keçirilən beşinci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana yola düşüb.