Məşhur müğənni oğluna ətək geyindirdi – FOTOLAR

18 Fevral 2016 20:58 (UTC+04:00)

Dünya şöhrətli müğənni Adel bu dəfə ailə məsələləri üzündən gündəmə gəlib.

Publika.az xəbər verir ki, müğənni hələ ana olmadan öncə dediklərinin arxasında dayanaraq

oğlunu cinsiyyət qəliblərindən kənar böyüdür.

3 yaşlı oğlu Ancelonu “Disneyland”a aparan Adel ona “Frozen” adlı animasiya filmindəki şahzadə Annanın kostyumunu geyindirib. O, oğlunun ətək geyinmək istəyini rədd etməyib.

“Övladımı hər zaman dəstəkləyəcəyəm. Nə olur, olsun həmişə onun yanında olacam”, - deyən müğənni cinsiyyət qəliblərinə riayət etməyəcini bildirib.

Qeyd edək ki, aktrisa Ancelina Coli də qızı Şaylonu cinsiyyət qəliblərindən kənar böyüdür. Şaylo tez-tez oğlan geyimində görüntülənir.

Ləman Sultan