Rusiya ŞOKDA: Prezident Administrasiyasında bomba həyəcanı

18 Fevral 2016 22:14 (UTC+04:00)

Bu gün Rusiya Prezident Administrasiyası binasında partlayış təhlükəsi olduğu barədə məlumat daxil olub.

Axar.az İnterfaks-a istinadən xəbər verir ki, hazırda administrasiya binasında axtarış tədbirləri davam edir.

Verilən məlumata görə, binada Federal Mühafizə Xidmətinin əməkdaşları və yerli polis əməliyyat aparır.