Qarabağda daha bir erməni əsgəri öldürüldü

18 Fevral 2016 23:57 (UTC+04:00)

Bu gün 13.00 radələrində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun əsgəri, 1997-ci il təvəllüdlü David Terteryan aldığı güllə yarasından keçinib.

APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, insident Dağlıq Qarabağ bölgəsinin şərq istiqamətində baş verib. Hadisənin təfərrüatları açıqlanmır.

Məlumata görə, insidentlə əlaqədar araşdırma aparılır. * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.