Türkiyə “Fırtına”nı işə saldı - VİDEO

19 Fevral 2016 08:34 (UTC+04:00)

PKK terror təşkilatının Suriya qolu olan PYD nəzarət etdiyi Azez bölgəsindən Türkiyə ərazisini atəşə tutub.

Publikaş.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. Terrorçuların fəallaşmasına görə, Türkiyə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib. Kilis sərhədindəki topçu alayı terorçulara artleriya atəşi ilə cavab verib. “Fırtına” özüyeriyən artilleriya qurğuları ilə PYD-nin mövqeləri vurulub.