Neftin qiyməti düşdü

19 Fevral 2016 09:20 (UTC+04:00)

Əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar düşərək 30,44 dollar təşkil edib.

Publika.az-ın məlumatına görə, “Brent” markalı neft də ucuzlaşıb. Bu neftin 1 barelinin dəyəri 0,36 dollar azalaraq 33,92 dollar olub.

Qızıl isə bahalaşıb. Qiymətli metalın unsiyasının dəyəri 1,30 dollar qalxaraq 1227,60 dollar olub.

İqtisadiyyat şöbəsi